Qış transfer pəncərəsində icarə əsasında "Çelsi"dən "Aston Villa"ya keçən 27 yaşlı mərkəz müdafiəçisi Aksel Disasi tez bir zamanda özünü doğruldub.
"Operativ Məlumat Mərkəzi-OMM" "Foot Mercato"ya istinadən xəbər verir ki, "Aston Villa" cari mövsüm bitdikdən sonra mərkəz müdafiəçisini öz sıralarında saxlamaq istəyir.
"Çelsi" ilə müqavilədə satın alma variantı da nəzərdə tutulmayıb.
Bu mövsüm müdafiəçi "Aston Villa"nın heyətində bütün turnirlərdə 5 oyun keçirib.