Avropa İttifaqının SAFE yenidən silahlanma proqramı çərçivəsində Ukraynaya yardım üçün bir neçə milyard avronun ayrılması planlaşdırılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Tomas Reynyer "RİA Novosti"yə açıqlamasında bildirib.
Reyner bildirib ki, hazırda 15 milli plan Ukraynaya dəstəyi nəzərdə tutur:
"Mən dəqiq rəqəm deyə bilmərəm, amma söhbət milyonlardan yox, milyardlardan gedir."
Bundan əvvəl, noyabrın 11-də xəbər verilmişdi ki, Böyük Britaniya hökuməti Aİ-nin müdafiə fonduna 6,75 milyard avro köçürmə tələbini əsassız hesab edib və bu vəsaitləri ödəmək niyyətində olmadığını bildirib.