Əsas məzmuna keç

Ağstafada yol qəzasında ölən 3 nəfər ANAMA əməkdaşlarıdır - ADLAR - YENİLƏNİB-5

Ağstafada yol qəzasında ölən 3 nəfər ANAMA əməkdaşlarıdır - ADLAR - YENİLƏNİB-5

Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113”...

Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-dən məlumat verilib.

Xəsarət alan 8 nəfər (5-i kişi cinsi, 3-ü qadın cinsi olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Daha sonra xəsarət alan 1 nəfər (cinsi kişi olmaqla) Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Hazırda xəsarət alan şəxslərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilir.

Vəziyyətləri stabildir.

16:50***

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən 3 nəfər Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarıdır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir.

Ölən şəxslərin Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov və 1994-cü il təvəllüdlü Ramin Məmmədov, eləcə də Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənov olduğu müəyyənləşib.

Eyni zamanda, Agentliyin daha iki əməkdaşı - Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.

Qəza nəticəsində yaralanan şəxslərdən iki nəfəri də ANAMA əməkdaşlarıdır.

15:39***

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunlar 1999-cu il təvəllüdlü Xəlilov Orxan, Vəliyev Sənan, Şərifova Aydan, Şərifov Raul, Şərifov Ramin, İsgəndərova Günay, İsgəndərova Şölə və İsgəndərov Emindir.

Yaralıların müalicəsi Ağstafa Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

14:54***

Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində Toyota və VAZ 2107 markalı avtomobilin toqquşması, Toyota markalı avtomobilin 6 sərnişinin yaralanması, VAZ 2107 markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub.

Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı əlavə məlumat veriləcək

14.36***

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər ölüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir.

İlkin məlumatlara görə, 4-ü uşaq olmaqla 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

14.20***

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə Dövlət (DYP) əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…