Əsas məzmuna keç

Ağdərənin Kolatağ kəndi ilk sakinlərini qarşılayıb

Ağdərənin Kolatağ kəndi ilk sakinlərini qarşılayıb

Ağdərə rayonunun Kolatağ kəndinə ilk mərhələdə 26 ailə olmaqla, 89 nəfər keçmiş məcburi köçkün gəlib. Köç karvanı respublikanın müxtəlif yerlərində,...

İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Avqustun 15-də Ağdərə rayonunun kəndinə yola salınan ilk köç ünvanına çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağdərə rayonunun Kolatağ kəndinə ilk mərhələdə 26 ailə olmaqla, 89 nəfər keçmiş məcburi köçkün gəlib. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə 50 mindən çox insan yaşayır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…