Əsas məzmuna keç

ABŞ və Türkiyə Qəzza ilə bağlı sülh danışıqlarına qoşulacaqlar

ABŞ və Türkiyə Qəzza ilə bağlı sülh danışıqlarına qoşulacaqlar

Qətərin Baş naziri və türkiyəli nümayəndələr oktyabrın 8-i Misirdə Qəzzada müharibənin dayandırılmasına yönəlmiş danışıqların üçüncü günündə HƏMAS və...

Qətərin Baş naziri və türkiyəli nümayəndələr oktyabrın 8-i Misirdə Qəzzada müharibənin dayandırılmasına yönəlmiş danışıqların üçüncü günündə HƏMAS və İsrail nümayəndələrinə qoşulacaqlar.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Səudiyyə Ərəbistanının" Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir.

Danışıqlarda Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) başçısı İbrahim Kalın, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Prezidentinin kürəkəni, iş adamı Cared Kuşner iştirak edəcəklər.

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS arasında Donald Trampın ötən ay təklif etdiyi 20 maddəlik plan əsasında birbaşa olmayan danışıqlar keçirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…