ABŞ və İran arasında Omanda keçirilən görüşdə İranın raket proqramının inkişafı və İranyönlü qrupların regiondakı fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunmayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, diplomatik mənbə bu barədə "TASS"a açıqlamasında bildirib.
Danışıqlarda yalnız İranın nüvə proqramı ətrafında fikir ayrılıqlarının həlli müzakirə olunub.
Məlumata görə, İran tərəfi danışıqları raket proqramı ilə bağlı məsələni gündəmdən çıxarmağa müvəffəq olan İran İslam Respublikasının “diplomatik qələbəsi” kimi qiymətləndirir.