Operativ Məlumat Mərkəzi

ABŞ Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunu NATO-nun işğalı kimi qiymətləndirib

1 dəq
Paylaş:
ABŞ Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunu NATO-nun işğalı kimi qiymətləndirib
bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson “Dialogue Works” "YouTube" kanalında deyib. “Bu, Qərb, NATO və ABŞ-ın Rusiyaya...

Şimali Atlantika Alyansının (NATO) qoşunları faktiki olaraq Ukrayna ərazisindən keçməklə Kursk vilayətinin ərazisini işğal edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson “Dialogue Works” "YouTube" kanalında deyib.

“Bu, Qərb, NATO və ABŞ-ın Rusiyaya təcavüzüdür. Biz öz qoşunlarımızı, müvəkkil bölmələrimizi Rusiyaya gətirdik”, - deyə bildirib.

Conson vəziyyətə başqa cür baxmağı və Meksika ordusunun Rusiyanın dəstəyi ilə ABŞ-ı işğal edəcəyini təsəvvür etməyi təklif edib. Onun sözlərinə görə, Vaşinqton belə bir hücumu xüsusi əməliyyat deyil, müharibə aktı kimi qiymətləndirəcək.

O xatırladıb ki, Rusiya Kiyevin müttəfiqlərinin Ukraynanı silahla təmin etmək imkanlarından qat-qat böyük hərbi və iqtisadi potensiala malikdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər