Əsas məzmuna keç

ABŞ qitələrarası ballistik raketlərin sınaq buraxılışını həyata keçirəcək

ABŞ qitələrarası ballistik raketlərin sınaq buraxılışını həyata keçirəcək

bu barədə ABŞ Kosmik Qüvvələri Komandanlığı məlumat yayıb. “Qitələrarası ballistik raket sınaqlarının buraxılış proqramının məqsədi ABŞ nüvə qüvvələrinin...

ABŞ ordusu gələn həftə, 4 və 6 iyun tarixlərində “ III” qitələrarası raketlərinin iki buraxılışını həyata keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələri Komandanlığı məlumat yayıb.

“Qitələrarası ballistik raket sınaqlarının buraxılış proqramının məqsədi ABŞ qüvvələrinin hazırlığını nümayiş etdirmək və milli nüvə çəkindiriciliyi vasitələrinin öldürücülüyünə və effektivliyinə inamı təmin etməkdir”, – bəyanatda deyilib.

Buraxılışlar Kaliforniya ştatındakı Vandenberq poliqonunda həyata keçiriləcək.

“Minuteman III” raketi “Boeing” tərəfindən hazırlanıb və 1970-ci ildə inventara verilib. Maksimum uçuş məsafəsi 15 min km-dir. Raketin başlığı ilə uzunluğu 18 m-dən çoxdur, o, gücü 0,3-0,6 Mt olan birdən üçə qədər döyüş başlığı daşıya bilər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…