Əsas məzmuna keç

ABŞ Prezidenti Azərbaycan və Ermənistanı bu il sülh sazişini yekunlaşdırmağa dəvət edib

ABŞ Prezidenti Azərbaycan və Ermənistanı bu il sülh sazişini yekunlaşdırmağa dəvət edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan və Ermənistanı bu il sülh sazişini yekunlaşdırmağa dəvət edib. "Operativ Məlumat...

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef və Ermənistanı bu il sülh sazişini yekunlaşdırmağa edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə ABŞ Prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı məktubda bildirilib.

Bayden bildirib ki, sülh Azərbaycanın suverenliyinin və bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək.

"Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm", - ABŞ Prezidenti vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…