Operativ Məlumat Mərkəzi

ABŞ-nin Azərbaycandakı səfiri səhhətinə görə istefa verib

1 dəq
Paylaş:
ABŞ-nin Azərbaycandakı səfiri səhhətinə görə istefa verib
bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. "ABŞ diplomatik xidmətindən istefamı ürək ağrısı ilə bəyan edirəm. 2023-cü ildə ABŞ Senatında...

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səhhəti ilə əlaqədar diplomatik xidmətdən istefa verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

"ABŞ diplomatik xidmətindən istefamı ürək ağrısı ilə bəyan edirəm. 2023-cü ildə ABŞ Senatında dinləmələr zamanı səhhətimlə bağlı dilə gətirdiyim qayğılar təəssüf ki, davam edib. Bakıya gəldiyim vaxtdan etibarən əla tibbi xidmətdən faydalanmışam. Lakin son testin nəticələri tamamilə öz sağlamlığımın qayğısına qalmaq üçün evə qayıtmağın vaxtı çatdığını göstərir. Ona görə də son dərəcə uğurlu 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacağam. 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlılığı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm", - diplomat qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər