Operativ Məlumat Mərkəzi

ABŞ kəşfiyyatı 2025-ci ildə Ukraynaya dəstəyin dayandırılması ehtimalını araşdıracaq

1 dəq
Paylaş:
ABŞ kəşfiyyatı 2025-ci ildə Ukraynaya dəstəyin dayandırılması ehtimalını araşdıracaq
bu barədə "Lenta.ru" ABŞ-ın 2025-ci il Milli Müdafiə Aktına istinadən məlumat yayıb. Sənəddə bildirilir ki, ABŞ milli kəşfiyyatı və Mərkəzi Kəşfiyyat...

ABŞ kəşfiyyat agentlikləri Ukraynaya hərbi və maliyyə dəstəyinin dayandırılması imkanlarını araşdırmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Lenta.ru" ABŞ-ın 2025-ci il Milli Müdafiə Aktına istinadən məlumat yayıb.

Sənəddə bildirilir ki, ABŞ milli kəşfiyyatı və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyi 2025-ci il dekabrın 31-dək Ukrayna münaqişəsinin mümkün gedişatı barədə hesabat təqdim etməlidir.

Hesabatda Kiyevə yardımın kəsilməsi ssenarisi, eləcə də Ukrayna qoşunlarının müstəqil şəkildə hərbi əməliyyatlar aparmaq qabiliyyətinin qiymətləndirilməsi yer almalıdır. Mütəxəssislər həmçinin Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının dərinliklərinə hücumlarına qoyulan qadağanın götürülməsi risklərini də qiymətləndirməlidirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər