Operativ Məlumat Mərkəzi

ABŞ Avropanı hədələdi

2 dəq
Paylaş:
ABŞ Avropanı hədələdi
bununla bağlı "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, ABŞ mesajı bu həftə Vaşinqtonda NATO-ya nəzarət edən Pentaqon rəsmilərinin...

ABŞ 2027-ci ilə qədər Vaşinqtonun avropalı müttəfiqləri blokun müdafiə xərclərinin daha böyük hissəsini öz üzərinə götürməsə, Avropanın NATO- nun bəzi müdafiə koordinasiya mexanizmlərində iştirakını dayandıracağı ilə hədələyib .

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ mesajı bu həftə Vaşinqtonda NATO-ya nəzarət edən Pentaqon rəsmilərinin görüşü zamanı avropalı diplomatlara çatdırılıb .

Pentaqon rəsmiləri bəyan ediblər ki, ABŞ Avropanın müdafiə qabiliyyətini artırmaqda əldə etdiyi irəliləyişdən hələ də razı deyil.

Avropalı müttəfiqlər 2027-ci ilə qədər nəzərdə tutulan müddətə əməl edə bilməsələr, Vaşinqton alyansın bəzi müdafiə koordinasiya mexanizmlərində iştirakını dayandıra bilər.

Daha əvvəl bildirilmişdi ki, ABŞ 2027-ci ilə qədər NATO xərclərinin böyük hissəsini kəşfiyyatdan tutmuş raketlərə qədər avropalılara keçirməyi planlaşdırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər