Operativ Məlumat Mərkəzi

ABŞ Argentinaya borc ödəməkdə yardım edib

1 dəq
Paylaş:
ABŞ Argentinaya borc ödəməkdə yardım edib

ABŞ Beynəlxalq Valyuta Fondundakı ehtiyatlarından təxminən 900 milyon dollar çıxararaq Argentinanın ödəyə bilmədiyi borcun ödənməsinə kömək edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Bu addım ABŞ Xəzinədarlığı ilə Argentina Mərkəzi Bankı arasında 20 milyard dollarlıq valyuta mübadiləsi müqaviləsi imzalandıqdan sonra atılıb.

Amma qəzet qeyd edir ki, sövdələşmə şəffaf deyil və maliyyə yardımının konkret mexanizmləri açıqlanmayıb. Analitiklər bunu riskli və genişmiqyaslı bir addım adlandırırlar.

Amerikalı fermerlər isə narazıdır - çünki Argentina beynəlxalq bazarda onların birbaşa rəqibidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər