Operativ Məlumat Mərkəzi

“50 ştatın fərqli tənzimləmə rejimləri yerinə vahid federal standart olmalıdır"

1 dəq
Paylaş:
“50 ştatın fərqli tənzimləmə rejimləri yerinə vahid federal standart olmalıdır"

ABŞ Prezidenti Donald Tramp süni intellektlə bağlı ştatların fərqli tənzimləmələr tətbiq etməsi əvəzinə vahid federal standartın olması lazım olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O, süni intellektə yatırılan sərmayələrin ABŞ iqtisadiyyatını dünyanın ən cəlbedici iqtisadiyyatına çevirməyə kömək etdiyini, lakin ştatların həddindən artıq tənzimləmələrinin bu böyümə mühərrikini zəiflətmək təhlükəsi yaratdığını qeyd edib.

“50 ştatın fərqli tənzimləmə rejimləri yerinə vahid federal standart olmalıdır. Bunu həm uşaqları qoruyacaq, həm də senzuranın qarşısını alacaq şəkildə edə bilərik”, - Tramp əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər