Operativ Məlumat Mərkəzi

369 fələstinli məhbus girov müqabilində İsrail həbsxanalarından azad ediləcək

1 dəq
Paylaş:
369 fələstinli məhbus girov müqabilində İsrail həbsxanalarından azad ediləcək
bu barədə Fələstin Məhbusları İnformasiya İdarəsi məlumat yayıb. “Şənbə günü İsrail ilə əldə olunan razılaşma çərçivəsində ömürlük həbsə məhkum edilmiş...

Fevralın 15-də Qəzza zolağında girov saxlanılan 3 nəfərin azad edilməsi müqabilində 36-sı ömürlük həbs cəzasına məhkum edilmiş 369 fələstinli İsrail həbsxanalarından azad ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstin Məhbusları İnformasiya İdarəsi məlumat yayıb.

“Şənbə günü İsrail ilə əldə olunan razılaşma çərçivəsində ömürlük həbsə məhkum edilmiş 36 fələstinli və oktyabrın 7-dən (2023) sonra həbs edilmiş 333 qəzzalı həbsdən azad ediləcək”, - bəyanatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər