Operativ Məlumat Mərkəzi

2023-cü ilin oktyabrından bəri 48,300-dən çox fələstinli ölüb

1 dəq
Paylaş:
2023-cü ilin oktyabrından bəri 48,300-dən çox fələstinli ölüb
bu barədə Fələstin bölgəsinin Səhiyyə Nazirliyi məlumat yayıb. “2023-cü ilin oktyabr ayından etibarən İsrailin hərəkətləri nəticəsində həlak olanların...

2023-cü ilin oktyabrından Qəzza zolağında aparılan hərbi əməliyyatlar nəticəsində 48 min 300-dən çox fələstinli həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstin bölgəsinin Səhiyyə Nazirliyi məlumat yayıb.

“2023-cü ilin oktyabr ayından etibarən İsrailin hərəkətləri nəticəsində həlak olanların sayı 48 min 319-a yüksəlib, 111 min 749 nəfər yaralanıb”,- deyə məlumatda qeyd olunub.

Qəzza Səhiyyə Nazirliyi, Qəzza zolağındakı həkimlərin son 24 saatda dağıntılar altından 22 cəsədin çıxardığını, 16 yaralının isə xəstəxanalara aparıldığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər