Əsas məzmuna keç

“Zirə” “Sumqayıt”ı darmadağın edib

“Zirə” “Sumqayıt”ı darmadağın edib

Premyer Liqasının XV turu çərçivəsində “” “”ı qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rəşad Əhmədovun idarə etdiyi matç Zirə İdman Kompleksinin stadionunda baş tutub.

Oyunda hesab erkən açılıb: 8-ci dəqiqədə David ev sahiblərinin ilk qoluna imza atıb. 37-ci dəqiqədə isə “kimyaçılar” status-kvonu bərpa ediblər: Nikola Vuynoviç dəqiq olub.

Bununla belə, ikinci hissədə “qartallar” təşəbbüsü ələ keçirərək rəqibi üç dəfə məyus ediblər. 55-ci dəqiqədə “Zirə”nin gürcüstanlı futbolçusu Gorgi Papunaşvili komandasının ikinci qolunu vurub. 67 və 76-cı dəqiqələrdə isə Volkovi fərqlənərək oyunda son nöqtəni qoyub: “Zirə” – 4, “Sumqayıt” – 1.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…