Operativ Məlumat Mərkəzi

Zaqatalada qadın qətlə yetirilib - YENİLƏNİB 2

3 dəq
Paylaş:
Zaqatalada qadın qətlə yetirilib - YENİLƏNİB 2

Zaqatalada keçmiş arvadını öldürməkdə şübhəli şəxs könüllü olaraq istintaqa təslim olub.

Zaqatala rayon prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, martın 17-si saat 09 radələrində 1989-cu il təvəllüdlü Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Didiyevin Zaqatala şəhərində mənzillərdən birində keçmiş arvadı Firəngiz Yusifovanı odlu silahla atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmməd Didiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə başlanıb,

İbtidai istintaq davam edir.

10:55***

Martın 17-də saat 09 radələrində Zaqatala şəhərində Firəngiz Yusifovanın ailə münaqişəsi zəminində yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Məhəmməd Didiyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə “isti izlər”lə saxlanılıb.

Araşdırma aparılır.

09:44***

Zaqatalada qadın qətlə yetirilib, əri saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 17-si saat 09 radələrində Zaqatala şəhərində Firəngiz Yusifovanın ailə münaqişəsi zəminində yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Məhəmməd Didiyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə “isti izlər”lə saxlanılıb.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax