Əsas məzmuna keç

Zaqatalada minik avtomobilləri toqquşub, sürücülər xəsarət alıb

Zaqatalada minik avtomobilləri toqquşub, sürücülər xəsarət alıb

hadisə Yevlax-Zaqatala-Gürcüstanla sərhədi avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.Rayonun Yengiyan kənd sakini 1987-ci...

ru

Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstanla sərhədi yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.

Rayonun Yengiyan kənd sakini 1987-ci il təvəllüdlü Dilqəm Məmmədovun “Opel Vectra” markalı avtomobillə qəsəbə sakini 1987-ci il təvəllüdlü Xəyalə Herovovanın idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil toqquşub.

Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…