Əsas məzmuna keç

Yeni Qubadlı ‒ Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinə 20 milyon manat ayrılıb

Yeni Qubadlı ‒ Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinə 20 milyon manat ayrılıb

İlham Əliyev Yeni Qubadlı ‒ Laçın yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sərəncamla Xudafərin ‒ Qubadlı ‒ Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı ‒ Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…