Operativ Məlumat Mərkəzi

Yeni Kaledoniya jurnalında “Sakit Okeana xarici müdaxilə: Fransa vəziyyəti yaxından izləyir” adlı məqalə dərc olunub

2 dəq
Paylaş:
Yeni Kaledoniya jurnalında “Sakit Okeana xarici müdaxilə: Fransa vəziyyəti yaxından izləyir” adlı məqalə dərc olunub

Bu gün Yeni Kaledoniyada “La Voix du Caillou” jurnalında “ Okeana xarici müdaxilə: Fransa vəziyyəti yaxından izləyir” adlı məqalə dərc olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyevin portreti olan şəkil jurnalın üz qabağında əsas xəbərdə dərc olunub.

Məqalədə Azərbaycanın Yeni Kaledoniya xalqına dekolonizasiya işindəki haqlı mübarizəsinə verdiyi dəstək xatırladılır.

Qeyd olunur ki, Yeni Kaledoniya xalqı Prezidenti və xalqına öz təşəkkürünü ifadə etmək üçün Fransa kolonializminə qarşı aksiyalarda Azərbaycanın bayrağını və İlham Əliyevin "Dəmir Yumruq" portretini qaldırır.

Məqalədə Yeni Kaledoniya parlamentinin Ailə və Qadınların hüquqları komissiyasının sədr müavini Marie Line Sakilianın Fransa əleyhinə aksiyada xüsusilə qeyd olunur.

Qeyd edək ki, M.L.Sakilia martın 21-də Yeni Kaledoniyanın mərkəzi meydanında keçirilən geniş etiraz aksiyasında Azərbaycan, eləcə də Bakı Təşəbbüs Qrupuna göstərilən dəstəyə görə təşəkkürünü ifadə etmək üçün videomüraciət yaymışdı.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax