Operativ Məlumat Mərkəzi

Yəməndə Britaniya gəmisi raket atəşinə tutulub

1 dəq
Paylaş:
Yəməndə Britaniya gəmisi raket atəşinə tutulub

Yəmənin Əl-Muxa liman şəhərindən 40 mili cənubda, Qırmızı dənizdə Böyük Britaniyanın gəmisi hücuma qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiyası Mərkəzi (UKMTO) “X” sosial şəbəkəsində məlumat yayıb.

Gəmi kapitanı iki atəşinə məruz qaldıqlarını bildirib. Ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Məlumata görə, hazırda gəmi dəniz limanına doğru hərəkət edir.

UKMTO digər gəmilərin ekipajlarını Yəmən sahillərində hərəkət edərkən ehtiyatlı olmağa və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax