Operativ Məlumat Mərkəzi

Yardımlı sakinindən 13 kiloqram narkotik aşkarlanıb

1 dəq
Paylaş:
Yardımlı sakinindən 13 kiloqram narkotik aşkarlanıb

Yardımlı sakini 13 narkotiklə saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" DİN-in Xidmətinə istinadən xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə maddələrin qanunsuz dövriyyəsi ilə olan rayon sakini Vəliyev Tofik saxlanılıb.

Onun həyətindəki yardımçı tikilidən 9 kiloqram heroin, 2 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 1020 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
T.Vəliyevin həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və pul qarşılığında Bakı şəhərinə çatdırmağa razılaşdığı müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax