Operativ Məlumat Mərkəzi

Yaponiyanın Baş naziri zəlzələ ilə bağlı 3 ölkəyə səfərini ləğv edib

2 dəq
Paylaş:
Yaponiyanın Baş naziri zəlzələ ilə bağlı 3 ölkəyə səfərini ləğv edib

Yaponiyanın Fumio Kişida , və Monqolustana planlaşdırılan dörd günlük səfərini ləğv edib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kişida konfransında deyib.

O bildirib ki, potensial zəlzələ ilə bağlı "hökumətin cavab reaksiyasına və məlumatların yayılmasına diqqət yetirmək" üçün xarici səfərini ləğv edib.

"Ölkənin böhran idarəçiliyinə cavabdeh olan yüksək vəzifəli şəxs olaraq, əlavə bir tədbir olaraq, ən azı bir həftə Yaponiyada qalmalıyam", Kişida əlavə edib.

O, cümə günü axşam Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya dövlətləri - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Yaponiyanın birgə ilk sammitdə iştirak etməli və birgə bəyannamə qəbul etməli idi.

Bazar ertəsi isə onun Monqolustanın paytaxtı Ulan-Batorda ölkə prezidenti Uxnaa Khurelsukh və baş nazir Luvsannamsrai Oyun-Erdene ilə görüşü nəzərdə tutulurdu.

Xatırladaq ki, Yaponiya Meteorologiya Agentliyi cümə axşamı ölkənin cənub-qərbində baş verən 7,1 bal gücündə zəlzələdən sonra Nankai çökəkliyi ətrafındakı ərazilərdə zəlzələ ehtimalı barədə xəbərdarlıq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax