Əsas məzmuna keç

Yaponiyada kimyəvi maddələr daşıyan tanker çevrilib

Yaponiyada kimyəvi maddələr daşıyan tanker çevrilib

bu barədə NHK dövlət televiziyası məlumat verib. "KEOYOUNG SUN" adlı 870 tonluq tankerdən edilən kömək çağırışında, Şimonoseki sahillərində Mutsure...

Qərbi Yamaquçi əyalətinin Şimonoseki şəhəri sahillərində bayrağı altında yük çevrilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə NHK dövlət televiziyası məlumat verib.

"KEOYOUNG SUN" adlı 870 tonluq tankerdən edilən kömək çağırışında, Şimonoseki sahillərində Mutsure adasının şimal-qərbində lövbər salan tankerin çevrildiyi bildirilib.

Cənubi Koreyada yerləşən Yonhap agentliyinin xəbərində tankerin və yüksək dalğalar səbəbindən ada kənarında lövbər saldığı bildirilib.

Hadisə zamanı tankerdə 8 İndoneziya, 2 Cənubi Koreya və 1 Çin olmaqla ümumilikdə 11 ekipaj üzvü olduğu və onlardan 6-nın xilas edildiyi paylaşılıb.

Kyodo agentliyinin yerli rəsmilərə əsaslanaraq verdiyi xəbərə görə, itkin düşən 5 nəfərin axtarış-xilasetmə işləri təyyarə və patrul gəmiləri ilə davam etdirilir.

Yaponiya Sahil Mühafizəsi bildirib ki, uzunluğu 68,8 metr və eni 10,6 metr olan tankerdə 980 ton akril turşusu olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…