Operativ Məlumat Mərkəzi

Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ - 05.07.2024

1 dəq
Paylaş:
Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ - 05.07.2024

Azərbaycanın rayonlarında iyulun 6-sı axşam şimal və qərb rayonlarından başlayaraq 8-i gündüzədək bəzi yerlərdə arabir yağacağı, çaxacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə, xüsusən də Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Zəngəzur yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax