Operativ Məlumat Mərkəzi

Yağıntılı hava davam edir, dağlıq və dağətəyi rayonlarda qar yağır

2 dəq
Paylaş:
Yağıntılı hava davam edir, dağlıq və dağətəyi rayonlarda qar yağır

Dekabrın 26-sı saat 9:00-a olan açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, ölkə ərazisində arabir yağıntılı müşahidə olunur.

Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir, və dağətəyi rayonlarda qar yağır.

Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 10, Kəlbəcər, Laçın, Qubadlıda 7, , Qusarda (Laza) 5, Göygöldə 4, Xaltan, Qax (Sarıbaş), Qobustanda 3, Şəki (Kişçay), Qəbələ, Altıağac, Şuşada 2, İsmayıllı, Şamaxı, Biləsuvar, Yardımlı, Ağdam, Lerik, Gəncə, Şəmkir, Gədəbəy, Quba, Oğuz, Xankəndi, Xocalıda 1 sm-dir.

Düşən yağıntının miqdarı Astarada 24, Lənkəranda 20, Balakəndə 7, Bakıda və yarımadasında 5, Tərtərdə 3, Bərdə, Naftalan, Göyçayda 2, Yevlax, Mingəçevir, Kürdəmir, Şabran, Lerik, Şamaxıda 1 mm-dir.

Dekabrın 25-də bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Şahdağ, Neftçalada 20, Goranboyda 19, Salyan, Mingəçevir, Naftalan, Daşkəsəndə 18, Şirvanda 15 m/s-ə çatıb.

Sədərək, Şərur, Quba, Qusar, Xaltan, Şabran, Gəncə, Daşkəsən, Qax (Sarıbaş), Balakən, Şəki, Yevlax, Zərdab, İmişli, Sabirabad, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax