Operativ Məlumat Mərkəzi

Xırdalanda gecə səs-küy yaradan 12 nəfər saxlanılıb

2 dəq
Paylaş:
Xırdalanda gecə səs-küy yaradan 12 nəfər saxlanılıb

şəhərində gecə saatlarında sakinlərin rahatlığını pozan, yüksək səs yaradan və digər vasitələri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, tədbirlərlə bilərəkdən motosikletlərinə müdaxilə edərək səs gücünü artıran 12 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Bununla yanaşı, avtomobillərində konstruksiya dəyişikliyi edən, sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan sükan arxasına keçən şəxslər, səs-küy qaydalarını pozan, tütün məmulatlarının istifadəsi qaydalarına əməl etməyənlər, tullantıları urnalardan kənara atan və xırda xuliqanlıq edənlənlər müəyyən olunublar.

Ümumilikdə, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 70 nəfərdən artıq şəxs barəsində inzibati tədbirlər görülüb, onlarla profilaktik söhbətlər aparılıb.

Paytaxtla yanaşı Abşeron rayonunda da sakinləri narahat edən halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən kompleks tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr