Operativ Məlumat Mərkəzi

XİN: Vətən müharibəsindən indiyədək 399 nəfər mina qurbanı olub

2 dəq
Paylaş:
XİN: Vətən müharibəsindən indiyədək 399 nəfər mina qurbanı olub

İyunun 30-da Azərbaycanın işğaldan azad ərazilərində mina hadisəsi baş verib, nəticədə Ağdamda bir polis əməkdaşı ağır yaralanıb. Mina partlamasında xəsarət alan polis əməkdaşının sağ ayağı amputasiya edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Qeyd edilib ki, bununla da 2020-ci il Vətən müharibəsindən 399 nəfər mina olub.

"Ermənistanın minalanmış ərazilərin tam və dəqiq xəritələrini təqdim etməkdən davamlı imtina etməsi mülki əhali və bu ərazilərdə yaşayan bütün insanlar üçün ciddi təhlükə yaradır. ictimaiyyət davam edən humanitar hüquq pozuntuları qarşısında səssiz qalmamalıdır", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Ağdam rayonunun Papravənd kəndi ərazisində mina hadisəsi baş verib. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı Ağdam rayonun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb. Zərərəçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax