Operativ Məlumat Mərkəzi

XİN Türkiyəyə başsağlığı verdi - 21.01.2025

1 dəq
Paylaş:
XİN Türkiyəyə başsağlığı verdi - 21.01.2025

Xarici İşlər Nazirliyi Boluda “Kartalkaya” kurortunda hoteldə yanğınla bağlı Türkiyəyə başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, hadisə nəticəsində 10 nəfər həlak olub, daha 32 nəfər isə yaralanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax