Operativ Məlumat Mərkəzi

XİN rəhbəri: Naxçıvana maneəsiz keçid məsələsi hələ də həllini tapmayıb

2 dəq
Paylaş:
XİN rəhbəri: Naxçıvana maneəsiz keçid məsələsi hələ də həllini tapmayıb

Sloveniyalı həmkarıma Azərbaycanın bütövlüyü və suverenliyini bərpa edəndən sonra regionda yaranmış yeni reallıqlar barədə məlumat verdim.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu naziri Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə konfransında deyib.

Nazir bildirib ki, mart ayında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşması, Azərbaycanın prosesin tam yekunlaşdırılması üçün olan legitim gözləntilərini Ermənistanla bir daha müzakirə etmək şansı olub: “ Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan götürülməsi və Minsk qrupunun ləğvini qeyd etdim. Delimitasiya prosesi aparılır, hələ də kommunikasiyaların açılması məsələsi açıq qalır. Naxçıvanla maneəsiz keçidin hələ də təmin edilməməsi barədə də fikir mübadiləsi aparıldı. Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, orada gedən proseslərə ən böyük təhdid olan mina təhlükəsi də müzakirə edildi”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax