Operativ Məlumat Mərkəzi

XİN Fransaya cavab verib

3 dəq
Paylaş:
XİN Fransaya cavab verib

Təəssüf ki, Fransa Xarici İşlər Nazirliyi növbəti dəfə bölgəmizdə baş verən təxribatları şərh edərkən qərəzli və əsassız mövqe nümayiş etdirməkdə davam edir.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, bunu Xarici İşlər Nazirliyinin xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda tərəfinin növbəti təxribatı silahlı qüvvələrinin polis avtomobilinə hücumu kimi qiymətləndirməsi barədə açıqlamasına cavabında deyib.

“Fransa tərəfi hüququn norma və prinsiplərinə, üzvü olduğu BMT Şurasının 4 qətnaməsinə və Üçtərəfli Bəyanat uyğun olaraq Azərbaycanın suveren ərazilərindən qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılmasına çağırış əvəzinə, qanunsuz erməni silahlı birləşmələrini “polis” kimi təqdim etməsi və dolayısı yolla onların Azərbaycan ərazilərində təxribatlarına haqq qazandırması qəbuledilməzdir.

Fransa tərəfi anlamalıdır ki, Ermənistan tərəfinin Laçın yolunda etirazları bəhanə gətirərək alternativ yollardan istifadə etməklə qeyri-qanuni hərbi fəaliyyəti davam etdirməyə cəhd göstərməsi beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır.

Bir daha xatırladırıq ki, ərazilərimizin 30 illik işğalına son qoyulmasından sonra Ermənistan tərəfinin davam edən təxribatlarının qarşısının alınması, öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri ilə mübarizə, o cümlədən silah, sursat və minaların Azərbaycanın suveren ərazilərinə daşınmasına və istifadə edilməsinə imkan verilməməsi məqsədilə bütün zəruri addımları atmaqda qərarlıdır və bu ölkəmizin suveren hüququdur”, - açıqlamada deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax