XİN Fransaya cavab verib

XİN Fransaya cavab verib
07.03.2023 19:23
Aa
dəq

Təəssüf ki, Fransa Xarici İşlər Nazirliyi növbəti dəfə bölgəmizdə baş verən təxribatları şərh edərkən qərəzli və əsassız mövqe nümayiş etdirməkdə davam edir.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda Ermənistan tərəfinin növbəti təxribatı Azərbaycan silahlı qüvvələrinin polis avtomobilinə hücumu kimi qiymətləndirməsi barədə açıqlamasına cavabında deyib.

“Fransa tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, üzvü olduğu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və Üçtərəfli Bəyanat uyğun olaraq Azərbaycanın suveren ərazilərindən qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılmasına çağırış əvəzinə, qanunsuz erməni silahlı birləşmələrini “polis” kimi təqdim etməsi və dolayısı yolla onların Azərbaycan ərazilərində təxribatlarına haqq qazandırması qəbuledilməzdir.

Fransa tərəfi anlamalıdır ki, Ermənistan tərəfinin Laçın yolunda etirazları bəhanə gətirərək alternativ yollardan istifadə etməklə qeyri-qanuni hərbi fəaliyyəti davam etdirməyə cəhd göstərməsi beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır.

Bir daha xatırladırıq ki, ərazilərimizin 30 illik işğalına son qoyulmasından sonra Ermənistan tərəfinin davam edən təxribatlarının qarşısının alınması, öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri ilə mübarizə, o cümlədən silah, sursat və minaların Azərbaycanın suveren ərazilərinə daşınmasına və istifadə edilməsinə imkan verilməməsi məqsədilə bütün zəruri addımları atmaqda qərarlıdır və bu ölkəmizin suveren hüququdur”, - açıqlamada deyilir.

Həftənin ən çox oxunanları

İlham Əliyev və Lukaşenko Füzuliyə gediblər

İlham Əliyev və Lukaşenko Füzuliyə gediblər
DAVAMIN OXU davamın oxu

Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 38 mina aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi
DAVAMIN OXU davamın oxu

İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib
DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov: Sərhəd dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb

Ceyhun Bayramov: Sərhəd dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb
DAVAMIN OXU davamın oxu