Operativ Məlumat Mərkəzi

XİN Fransa Baş nazirini təxribat xarakterli bəyanatlara son qoymağa çağırıb

2 dəq
Paylaş:
XİN Fransa Baş nazirini təxribat xarakterli bəyanatlara son qoymağa çağırıb

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Qabriel Attalın erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərlə münasibət bildirib.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Ayxan Hacızadə deyib ki, 20 mart 2024-cü il tarixində Fransa Respublikasının baş naziri Qabriel Attalın Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik.

“Azərbaycanın öz suveren ərazilərində yerləşmiş silahlı qüvvələrinin qalıqlarına qarşı aparılmış anti-terror tədbirlərini qınayan və Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməkdə təqsirləndirən Fransa baş nazirinə xatırladırıq ki, tərəfinin həyata keçirdiyi tədbirlər hüququn norma və prinsiplərinə, eləcə də Fransanın daimi üzvü olduğu BMT Şurasının keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələri ilə tam uyğundur. 30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmayan Fransanın heç bir əsas olmadan Azərbaycanı güc tətbiqində təqsirləndirməsi absurddur. Bir daha, Fransa tərəfini öz tarixindən dərs çıxarmağa, Azərbaycanın daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq”, – deyə XİN mətbuat katibi qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax