Operativ Məlumat Mərkəzi

XİN: "Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı hərbi təxribatını qətiyyətlə pisləyirik"

2 dəq
Paylaş:
XİN: "Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı hərbi təxribatını qətiyyətlə pisləyirik"

"İyunun 15-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş silahlı qüvvələrinin Laçın dövlət sərhədindən məntəqəsinə qarşı hərbi təxribatını qətiyyətlə ".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, bu hərbi təxribat Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz olmaqla yanaşı, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə maneçilik törətmək məqsədi daşıyır: "Buraxılış məntəqəsindən erməni sakinlərin heç bir çətinlik olmadan sərbəst hərəkətini həzm edə bilməyən Ermənistanın bu hərbi təxribatı Ermənistanın Azərbaycanla münasibətlər qurmaqda və sülh prosesində maraqlı olmadığının bariz nümunəsidir. Ermənistanın bu kimi hərbi təxribatlarının qarşısı qətiyyətlə alınacaq və Ermənistan tərəfinin Azərbaycanın erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyasına mane olmaq istiqamətində cəhdləri uğursuz olacaq. ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkindirməyə çağırırıq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax