Operativ Məlumat Mərkəzi

XİN-dən Samanta Pauerə cavab

2 dəq
Paylaş:
XİN-dən Samanta Pauerə cavab

Azərbaycanın regionunun erməni sakinlərinin Ermənistana miqrasiyasını məcburi köç adlandırmaq əsassız və ədalətsizdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “X” platformasında USAID direktoru Samanta Puerin paylaşımına cavab kimi belə qeyd edib.

O, Pauerin silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğalda saxladığı 30 il boyunca Ermənistan əleyhinə heç bir fikir səsləndirilmədiyini, əksinə hətta post-münqaişə mərhələsində belə hüququn və Ermənistanın öhdəliklərinin ziddinə bəyanatlar verdiyini qeyd edib.

A.Hacızadə Samanta Pauerin regiona səfəri zamanı Ermənistana miqrasiya etmiş ermənilərlə görüşdüyünü, lakin növbəti gün Ermənistanın təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum edilmiş azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşdən imtina etdiyini xatırladıb.

XİN rəsmisi vurğulayıb ki, təxminən 30 illik işğal boyunca sayı 10 dəfə çox olan azərbaycanlı qaçqın və məcburi köçkünlərin üzləşdiyi ağır vəziyyəti öyrənmək üçün bir dəfə də olsun USAID rəhbərliyi səviyyəsində ziyarət baş tutmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax