Operativ Məlumat Mərkəzi

XİN beynəlxalq ictimaiyyətə çağırış etdi

2 dəq
Paylaş:
XİN beynəlxalq ictimaiyyətə çağırış etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar ictimaiyyəti hərəkətə keçməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu XİN hesablarında yazıb.

“Bu gün, növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb”, – XİN qeyd edib.

XİN beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb:

“Biz beynəlxalq ictimaiyyəti minaəleyhinə fəaliyyətin aktuallığını tanımağa, davam edən minatəmizləmə səylərində Azərbaycanın yanında olmağa, o cümlədən günahsız insanların həyatını təhlükə altına almaqda davam edən və münaqişədən sonrakı bərpaya mane olan qəsdən və genişmiqyaslı minalarla çirklənməyə görə Ermənistanı məsuliyyətə cəlb etməyə ”.

Xatırladaq ki, bu gün Cəbrayıl və Ağdam rayonlarında mina partlayışları baş verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax