Operativ Məlumat Mərkəzi

Xəzərin sahilini çirkləndirən şəxslər məsuliyyətə cəlb olunub

1 dəq
Paylaş:
Xəzərin sahilini çirkləndirən şəxslər məsuliyyətə cəlb olunub

Xəzər dənizinin sahilini 14 nəfər məsuliyyətə cəlb olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakının Qaradağ, Xətai, Xəzər və Binəqədi, respublikanın Xaçmaz rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı tullantılarının təyin yerlərdən kənara atılması, içməli məişət, və tullantı sularının kənara təyinatsız axıdılması və edilmiş yerlərdə tütün çəkilməsi halları aşkar edilib.

Tədbirlər çərçivəsində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 10, içməli məişət, texniki və tullantı sularını kənara təyinatsız axıdan 3 və qadağan olunmuş yerdə tütün çəkən 1 nəfər olmaqla ümumilikdə 14 şəxs barəsində polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbir görülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax