Operativ Məlumat Mərkəzi

Xəzərdə narkotik vasitə aşkarlanıb

2 dəq
Paylaş:
Xəzərdə narkotik vasitə aşkarlanıb

Dövlət tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Respublikasına gətirilməsinin qarşısı alınmışdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, aprel ayının 8-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində naməlum hədəf müəyyən təqib edilmişdir. Sərhəd gəmilərinin təqibindən yayınan hədəf İran İslam Respublikasının sularına geri qayıtmışdır.

Əraziyə baxış keçirilərkən qaçaqmalçılar tərəfindən dənizə atılmış bağlamada ümumi çəkisi 12 kq 450 qram nаrkоtik vasitə marixuana450 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülmüşdür.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax