Operativ Məlumat Mərkəzi

Xəzərdə gün ərzində üçüncü dəfə zəlzələ baş verib - YENİLƏNİB-2

2 dəq
Paylaş:
Xəzərdə gün ərzində üçüncü dəfə zəlzələ baş verib - YENİLƏNİB-2

Xəzər dənizində bu gün üçüncü dəfə zəlzələ qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, yerli vaxtla saat 10:52-də olub. 3,4 maqnitudalı zəlzələ ocağı 30 dərinlikdə yerləşib.

***

Xəzər dənizində növbəti zəlzələ qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Xəzər dənizində Bakı vaxtı ilə saat 07.28-də 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.

***

Xəzər dənizində 3,0 maqnitudalı zəlzələ baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, yeraltı təkanlar 26 dekabr Bakı vaxtı ilə 02:03-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 63 kilometr olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax