Operativ Məlumat Mərkəzi

Xəzər rayonunda narkotiklə bağlı 35 nəfər saxlanılıb

1 dəq
Paylaş:
Xəzər rayonunda narkotiklə bağlı 35 nəfər saxlanılıb

Yanvar ayında Xəzər rayonunda keçirilən zamanı narkotiklərin və daşınmasını təşkil edən 35 nəfər saxlanılıb.

DİN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Xəzər Rayon İdarəsi, eləcə də polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayında keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 35 nəfər saxlanılıb. Həmin şəxslərdən 4 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri əsasən sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax