Xəzər rayonunda narkotiklə bağlı 35 nəfər saxlanılıb

Xəzər rayonunda narkotiklə bağlı 35 nəfər saxlanılıb
05.02.2024 17:06
Aa
dəq

Yanvar ayında Xəzər rayonunda keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı və daşınmasını təşkil edən 35 nəfər saxlanılıb. 

DİN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayında keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 35 nəfər saxlanılıb. Həmin şəxslərdən 4 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri əsasən sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. 
Faktlarla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu