Operativ Məlumat Mərkəzi

Qanunsuz balıq ovlayan şəxslər cərimələnib

2 dəq
Paylaş:
Qanunsuz balıq ovlayan şəxslər cərimələnib

Xəzər dənizi, Mingəçevir su anbarı və Kür çayında qanunsuz balıq şəxslər cərimələnib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Ekoloji Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, Dövlət əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri, rayonu akvatoriyasında, Mingəçevir su anbarında və Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Bakı şəhər sakinləri Məmmədağa Ağayev, Rahim Osmanov, Mingəçevir şəhər sakini Araz Qədirov, Xaçmaz rayon sakini Qasımov, Zərdab rayon sakini Elnur Süleymanov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax