Əsas məzmuna keç

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat aşkarlanıb

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat aşkarlanıb

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə...

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla yerinə yetirirlər.

Nazirliyin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlər nəticəsində aprelin 27-dən mayın 3-dək əməkdaşları tərəfindən yalnız Xankəndi şəhəri ərazisindən 33 avtomat silahı, 1 pulemyot, 10 tapança,14 tüfəng, 1 qumbaraatan, 59 qumbara, 34 alışdırıcı, 397 darağı, 7888 müxtəlif patron, 1 qutu trotil, 27 süngü-bıçaq və digər sursatlar aşkarlanaraq götürülüb.

Bu sahədə tədbirlər davam etdirilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…