Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat aşkarlanıb

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat aşkarlanıb
04.05.2024 10:52
Aa
dəq

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla yerinə yetirirlər.

Nazirliyin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanaraq zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlər nəticəsində aprelin 27-dən mayın 3-dək polis əməkdaşları tərəfindən yalnız Xankəndi şəhəri ərazisindən 33 avtomat silahı, 1 pulemyot, 10 tapança,14 tüfəng, 1 qumbaraatan, 59 qumbara, 34 alışdırıcı, 397 patron darağı, 7888 müxtəlif çaplı patron, 1 qutu trotil, 27 süngü-bıçaq və digər sursatlar aşkarlanaraq götürülüb.

Bu sahədə tədbirlər davam etdirilir.

Həftənin ən çox oxunanları

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib
DAVAMIN OXU davamın oxu

Axtarışda olan şəxs hava limanında saxlanılıb

Axtarışda olan şəxs hava limanında saxlanılıb
DAVAMIN OXU davamın oxu

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb
DAVAMIN OXU davamın oxu

Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşıb

Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşıb
DAVAMIN OXU davamın oxu