Operativ Məlumat Mərkəzi

Xabi “Bayer”dəki gələcəyindən danışıb

1 dəq
Paylaş:
Xabi “Bayer”dəki gələcəyindən danışıb

Liqasının 1/8 finalında “”ı mübarizədən kənarlaşdıran “Bayer”in Xabi gələcəyi barədə danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ispaniyalı mütəxəssis Leverkuzendə xoşbəxt hiss etdiyini deyib.

Alonso hazırda gələcəyi ilə bağlı plan qurmadığını bildirib: “Burada çox xoşbəxtəm. “Bayer”də işləmək xoşuma gəlir. Düzünü desəm, elə vəziyyətdəyəm ki, gələcəklə bağlı nəsə düşünmək vaxtı deyil. Əla yerdəyəm və bundan zövq alıram”.

“Bavariya” və “Liverpul”un Xabi ilə yaxından maraqlandığı məlumdur. Hər iki komanda mövsümün sonunda baş məşqçiləri ilə yollarını ayıracaq və Alonso bu vəzifəyə əsas namizəd hesab olunur.

Qeyd edək ki, ispaniyalı 2022-ci ilin oktyabrından “Bayer”də fəaliyyət göstərir. Leverkuzen klubu 26 oyundan sonra 70 xalla Bundesliqada lider mövqeyində qərarlaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax