Operativ Məlumat Mərkəzi

Volodimir Zelenski Minsk razılaşmalarını “Rusiyaya güzəşt” olduğunu hesab edir

2 dəq
Paylaş:
Volodimir Zelenski Minsk razılaşmalarını “Rusiyaya güzəşt” olduğunu hesab edir

Prezidenti Volodimir Zelenski 2015-ci ildə imzalanmış Minsk razılaşmalarını “Rusiyaya ” olduğunu edir.

“Operativ Məlumat Mərkəzi - OMM ” xəbər verir ki, bu barədə “Le Figaro”ya müsahibəsində bildirib.

“Mən heç kəsi incitmək istəmirəm, lakin vəziyyəti sakitləşdirməyin bir yolu kimi görülən Minsk razılaşmaları əslində Rusiyaya güzəşt idi. Normandiyada olarkən (Normandiya formatı nəzərdə tutulur – red.) mən Emmanuelə və Merkelə, həmçinin Putinə bildirdim ki, belə formada Minsk razılaşmaları reallaşa ”, - Ukrayna lideri qeyd edib.

Zelenskinin sözlərinə görə, “onlar onun dövlət başçısı seçildikdən dərhal sonra bu prosesi şübhə altına almasına təəccübləndilər və bir az da qəzəbləndilər”:

“Amma mən onlara belə dedim: mən cəbhə xəttindən qayıtdım, bu cəbhə xəttindəki bütün kəndlərdə oldum. Minsk razılaşmaları heyəta keçirilə bilməz”.

Ukrayna Prezidenti vurğulayıb ki, Minsk razılaşmalarında qəsdən səhv olub və o, aradan qaldırılmayıb:

“Krım məsələsi onlara daxil deyildi. Mən avropalılardan nə vaxt bu məsələni qaldıracağımızı soruşanda dedilər ki, burada yox və indi yox... Normandiyada Krım haqqında heç vaxt danışa bilməzdim. Bu, əsl problem idi”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax