Operativ Məlumat Mərkəzi

Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər

2 dəq
Paylaş:
Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər

qarşılaşdıqları məsələlərlə bağlı təşəkkür, təklif və ya şikayətlərini Daxili İşlər Nazirliyinin “102” Zəng mərkəzi, internet saytı, sosial şəbəkələrdəki rəsmi səhifələri ilə yanaşı artıq polis orqanlarının rəhbərlərinə də birbaşa ünvanlaya bilərlər.

DİN-in Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, bunun üçün respublikanın bütün şəhər və rayonlarda polis idarə, şöbə və bölmələrinin rəislərinin qəbuluna onlayn yazılaraq görüş vaxtını təyin etmək kifayətdir.

Qəbuldan sonra müraciət edən şəxsin ərizəsi dərhal Nazirlik tərəfindən nəzarətə götürülür, problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir və nəticəsi barədə mütləq qaydada məlumatlandırılır.

Qəbula isə çox rahat şəkildə, “E-polis” mobil tətbiqi vasitəsilə onlayn qaydada yazılmaq mümkündür.

Vətəndaş-polis münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyan birbaşa qəbul prosesi müraciətlərin daha operativ, obyektiv və həssaslıqla araşdırılmasına yönəlib. Əsas məqsəd isə vətəndaş məmnunluğunu ən yüksək səviyyəyə çatdırmaq, göstərilən xidmətlərin keyfiyyətini günbəgün artırmaq, şəffaflıq və əlçatanlığı təmin etməkdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax