Operativ Məlumat Mərkəzi

4000-dək hərbçiyə əlillik təyin edilib

2 dəq
Paylaş:
4000-dək hərbçiyə əlillik təyin edilib

44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursları tamamlanmış 4000-dək qulluqçuya təyin edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

İlk mərhələdə həmin hərbi qulluqçuların müayinəsi keçirilməklə, müvafiq hərbi həkim komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi həyata keçirilir.

Artıq bu kateqoriyadan olan 3967 hərbi qulluqçuya ölkəmizin bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub.

Əlillik təyin edildikdən sonra onlara e-sistem tərəfindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial (Prezidentin təqaüdü, pensiya, müavinət) təyin olunub, habelə birdəfəlik sığorta ödənişləri verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax