Operativ Məlumat Mərkəzi

“Vaşinqtonun Kiyevə təsir göstərmək imkanları tam şəkildə mövcuddur”

1 dəq
Paylaş:
“Vaşinqtonun Kiyevə təsir göstərmək imkanları tam şəkildə mövcuddur”

“Vaşinqtonun münaqişəsinin əsas səbəblərinin aradan qaldırılması üçün Kiyevə təsir göstərmək imkanları tam şəkildə mövcuddur”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Əminik ki, ABŞ administrasiyasının Ukraynadakı rəhbərliyi münaqişəni dayandırmağa, onun yaranma səbəblərini aradan qaldırmağa və öz dövlətçiliyinin başlanğıcına qayıtmağa sövq etməyə tam imkanı var”, – diplomat vurğulayıb.

O əlavə edib: “Ukraynanın təhlükəsizliyinin ən yaxşı qarantiyası onun neytral, bloklara qoşulmayan və qeyri-nüvə statusudur. Bu da 1990-cı il dövlət suverenliyi haqqında bəyannamədə təsbit olunub. Ukrayna məhz bu statusda müstəqillik qazanıb və ictimaiyyət, o cümlədən Rusiya tərəfindən tanınıb”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax